ABŞ prezidenti Co Baydenin administrasiyası "TikTok" sosial şəbəkəsinin çinli sahiblərindən öz səhmlərini satmağı tələb edir, əks halda proqram ABŞ-da qadağan edilə bilər.
Bu barədə The Hill məlumat yayıb.
"Bayden administrasiyası "TikTok"un çinli sahiblərindən sosial şəbəkə proqramındakı paylarını satmağı və ya ABŞ-da mümkün qadağa riski ilə üzləşmələrini tələb edir".
Belə bir tələbin ABŞ-da Maliyyə Nazirliyinin Xarici İnvestisiyalar üzrə Komitəsi (CFIUS) tərəfindən irəli sürüldüyü aydınlaşdırılır.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ Konqresi federal hökumətin telefonlarında və elektron cihazlarında "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.
Fevral ayında Ağ Ev bütün federal qurumlara "TikTok"u bütün hökumət cihazlarından silmək üçün 30 gün vaxt verib. Artıq ABŞ-ın on üç ştatı Çində yerləşən ByteDance şirkətinə məxsus "TikTok"a qarşı tədbir görüb.
ABŞ Çinə sərt ultimatum VERDİ
16
mart
10:17

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər