Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Xarici media xəbərinə görə, belə qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupunun hazırladığı illik Dünya Xoşbəxtlik Hesabatında yer alıb.
Finlandiya təqibçilərdən əhəmiyyətli fərqlə yenə birinci yeri tutub. Ən xoşbəxt üç ölkə dəyişməz qalıb, sonrakı yerlərdə Danimarka və İslandiya qərarlaşıb. İlk onluq arasında ən böyük artımı İsrail göstərib - doqquzuncu yerdən dördüncü yerə yüksəlib. Liderlər siyahısında Hollandiya, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da var.
Keçmiş SSRİ respublikaları arasında Rusiya 80-cı yerdən 70-ci yerə yüksəlib. Litva 20-ci yedədir. Ardınca Estoniya (31-ci yer), Latviya (41-ci yer), Kazaxıstan (44-cü yer), Özbəkistan (54-cü yer), Qırğızıstan (52-ci yer), Ermənistan (79-cu yer), Tacikistan (80-ci yer), Gürcüstan (90-cı yer), Ukrayna (92-ci yer) gəlir.
ABŞ 15-cidir, Almaniya 16-cı, Böyük Britaniya 19-cudur, Fransa ilk onluqdan çıxıb, 21-cidir.
Sonuncu yerlərdə Əfqanıstan və Livandır. Müvafiq olaraq 137 və 136-cı sıradadırlar.
Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bəri hər il dərc olunur. Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ümumi daxili məhsul, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi kimi göstəriciləri, habelə ictimai rəy sorğularının nəticələrini nəzərə alırlar. Bu, üç il ərzində toplanmış orta göstəricilərə əsaslanır.
Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI
22
mart
11:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat