Aİ sammitinin iştirakçısı olan ölkələr martın 23-də və 24-də keçiriləcək iclasda Aİ-nin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planına baxacaqlar.
Bu barədə Avropa İttifaqı Şurasının saytında dərc edilmiş Avropa Şurasının rəhbəri Şarl Mişelin məktubunda deyilir .
“Fevraldakı son görüşümüzdən bəri biz Ukraynaya silah-sursat istehsalı və tədarükümüzün təcili artırılması üzərində işləyirik. Məqsədimiz Kiyevi 12 ay ərzində 1 milyon mərmi ilə təmin etmək və onu adekvat maliyyə ilə təmin etməkdir”.
Mişel qeyd edib ki, Aİ ölkələri müdafiə sektorunda sənayenin istehsal potensialının genişləndirilməsi üçün tədbirlər görməlidir.
O, həmçinin əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski sammitdən əvvəl Aİ ölkələrinin başçıları qarşısında onlayn danışacaq .
Martın 20-də Aİ-nin xarici xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələri yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi ötürülməsi üçün üç mərhələli planı təsdiqləyib və bunun üçün 2 milyard avro ayrılacaq.
Aİ sammitində Kiyevə bir milyon sursat tədarükü müzakirə olunacaq
22
mart
22:32

Qarabağ
KOMMENTLƏR
Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək
Avropa Ukraynaya bir milyon mərmi göndərəcək
Aİ-nin Ukrayna üzrə fövqəladə iclasının keçirəcəyi tarix məlum oldu
Aİ Ukraynaya hərbi yardımın 2 mlrd. avroya çatdırılmasını təklif edir
Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat