Kanadalı müğənni Abel Tesfaye (The Weeknd) planetin ən məşhur musiqiçisi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
33 yaşlı sənətçi iki ciddi rekorda imza ataraq bu ada layiq görülüb. O, “Spotify”da aylıq 100 milyon dinləyici rekordunu qıran ilk sənətçi olub. Müğənni, həmçinin platformada aylıq 111,4 milyon dinləyici toplayıb.
Kanadalı böyük fərqlə liderlik edir. Belə ki, ikinci yerdə olan Mayli Sayrusun aylıq dinləyicisi demək olar ki, 30 milyon azdır - 82,4 milyon. Onları Şakira (81,6 milyon), Ariana Qrande (80,6 milyon), Teylor Svift (80,2 milyon), Rihanna (78,5 milyon) və Ed Şiran (77,5 milyon) izləyir.
Sənətçinin 2020-ci ildə yayımlanan “Blinding Lights” treki 3,4 milyarddan çox yayımla “Spotify”da ən çox yayımlanan trek olaraq qalır.
O, 2016-cı ildə də “Spotify”da ən çox dinlənilən alboma (“Beauty Behind the Madness”), eləcə də kişi solo ifaçılar üçün “Billboard Hot 100”ün ilk 10-luğunda ən uzun müddət qaldığına görə də Ginnesin Rekordlar Kitabına düşüb.
The Weeknd Ginnesin Rekordlar Kitabına düşüb
22
mart
16:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat