Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin barəsində çıxardığı həbs orderinin məhkəmənin qərarını tanıyan ölkələr tərəfindən icra olunması ehtimalına münasibət bildirib.
Medvedev bu qərarın icra olunmasının Rusiyaya qarşı müharibə etmək elanı anlamı daşıdığını söyləyib:
“Almaniyanın ədliyyə naziri deyir ki, əgər Vladimir Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. Heç anlayırmı ki, nə deyir?! Anlaşılandır ki, bu heç vaxt reallaşmayacaq. Amma yenə də… Təsəvvür edək ki, reallaşıb. Nüvə nəhənginin fəaliyyətdə olan dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olan halda, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq. O, başa düşürmü ki, bu “casus belli”dir, müharibə elanıdır, ya da o, pis oxuyub?!”, deyə rusiyalı siyasətçi vurğulayıb.
"Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir" - Medvedev
23
mart
11:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat