Fransa Prezidenti Emmanuel Makron respublikada pensiya yaşının artırılması ilə bağlı verdiyi müsahibədə bahalı saatını çıxarıb.
Makron buna görə tənqidlərə məruz qalıb.
Fransa Prezidenti canlı yayımda jurnalistlərlə söhbəti zamanı əllərini stolun altına aparıb və saatını qolundan çıxarıb. Sosial şəbəkə istifadəçiləri bu hərəkəti dəbdəbəli əşyanı kadrdan çıxarmaq cəhdi kimi qiymətləndiriblər. Belə ki, Makronun ölkədəki etirazlar və minimum əməkhaqqı alan insanların durumu ilə bağlı müsahibəsi zamanı qolundakı bahalı saat yersiz olunub.
Şərhçilərin dediyinə görə, prezident studiyaya 80 min avro dəyərində olan “FP Journe” saatı ilə gəlib.
“Heç vaxt bu qədər alıcılıq qabiliyyətinə malik olmayan” “minimalistlər” barədə danışarkən, o, gözəl dəbdəbəli saatını ehtiyatla masanın altında qolundan çıxarır”, - deyə deputat Klemans Qette “Twitter” hesabında yazıb.
Fransa Vətənpərvərlər Assosiasiyasının lideri Florian Filippo isə qeyd edib ki, Makron bu hadisəni insanlara unutdurmağa nail ola bilməyəcək.
Makronun ətrafından isə açıqlama verilib ki, prezident saatını güclü şəkildə stola vurub, buna görə də çıxarmaq qərarına gəlib. Müsahibə videosunu yenidən izləyən jurnalistlər də təsdiq ediblər ki, Makron həqiqətən də saatını stola vurub, sonra onu çıxarıb.
Bundan əlavə, prezidentin ətrafı rəsmi səfərlərdən olan çoxsaylı fotoşəkillərə istinad edərək bildirib ki, Makron il yarımdır “Bell & Ross BR V1-92” saatını taxır və bu saat respublika prezidentinin gerbi ilə bəzədilib. İnternetdə bu cür saatların fərdiləşdirilməmiş versiyaları isə 2400 avro dəyərindədir.
Mənbə: Aif.ru
Makron canlı yayımda bahalı saatını qolundan çıxardı
25
mart
11:28

Qarabağ
KOMMENTLƏR
- “Brent” nefti ucuzlaşdı
- Mbappe ən yaxşı seçildi
- Bu ölkədə 23 İŞİD üzvü edam ediləcək
- Türkiyədə prezident seçkilərinin rəsmi nəticələri bu tarixdə açıqlanacaq
- Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
- Buray bu aktrisa ilə sevgilidir
- Emosiyanı idarə etmək və psixi sağlamlığı qorumaq üçün effektli yollar
- “BakuBus” avtobusunu daşladılar
- Kanadada yeddigünlük fövqəladə vəziyyət elan edildi
- İyun ayında bu bürclər “qara siyahı”da olacaq
- Ukraynada hərbi xidmətə çağırış yaşı AZADILDI
- İsrail Prezidentindən Azərbaycan dilində paylaşım
- "Əl-Nəsr"in 150 milyon avroluq təklifini rədd etdi
- İlhan Şənin yeni serialı
- Müharibədə ölən uşaqların sayı açıqlandı
- Məşhur fransız aktyoru vəfat ETDİ
- Azərbaycan nefti bahalaşdı
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı
- Ailəyə ən çox bağlı olan 3 bürc
- Dünən yol qəzalarında 3 nəfər ölüb
- Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
- Yatmazdan əvvəl telefonu boş stəkana qoyun – SƏBƏB
- “Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
- İranda ruhaninin meyiti Xəzər dənizində tapılıb
- Dumanın konsertində bədbəxt hadisə
- ABŞ-ın qırıcı təyyarəsi qəzaya uğrayıb
- "İşğal edilmiş kəndləri qaytarmağa hazırıq" - Paşinyan
- "Əl-Nəsr"in 150 milyon avroluq təklifini rədd etdi
- İlhan Şənin yeni serialı
- Müharibədə ölən uşaqların sayı açıqlandı
- Məşhur fransız aktyoru vəfat ETDİ
- Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi
- “Tesla” ən sürətli elektrik avtomobilini təqdim etdi