İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli çatbota girişi məhdudlaşdırıb.
İdarə şəxsi məlumatların işlənməsi ilə bağlı narahatlıqları ifadə edib.
Beləliklə, İtaliyada ChatGPT-ni yaradan və idarə edən ABŞ şirkəti “OpenAI” tərəfindən yerli istifadəçilərin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu qərara səbəb isə martın 20-də çatbot istifadəçilərinin şəxsi məlumatlarının sızması olub. Bu zaman müəyyən müddət ərzində platformanın ödənişli istifadəçilərinin sorğuları və bank kartlarının nömrələrinə giriş sərbəst olub.
Hüquqi bazanın olmaması idarənin diqqətini çəkib. Hüquqi baza isə çatbotun işinin əsasını təşkil edən alqoritmləri “öyrənmək” üçün istifadəçi məlumatlarının kütləvi şəkildə toplanması və saxlanmasına cavabdehdir.
Həmçinin ChatGPT tərəfindən verilən məlumatların faktiki məlumatlarla uyğun gəlməməsi, o cümlədən 13 yaşdan kiçiklər tərəfindən onun istifadəsinə nəzarətin olmaması da iddialar sırasında olub.
Beləliklə, İtaliya getdikcə populyarlaşan çatbota qarşı məhdudlaşdırıcı tədbirlərə əl atan ilk Avropa ölkəsi olub.
Mənbə: UNİAN
İtaliya Avropada süni intellektli çatbotu bloklayan ilk ölkə oldu
01
aprel
18:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat