Kitab mərhum iş adamının ailə üzvləri, dostları və həmkarları tərəfindən tərtib edilib.
Buraya qeydlər, qaralamalar, məktub və çıxışlardan parçalar, müsahibələr, fotoşəkillər və xatirələr daxildir. Kitab Stiv Cobsun Arxivi tərəfindən nəşr olunacaq.
Kitabın boz və ağ rənglərin üstünlük təşkil etdiyi minimalist dizaynı “Apple”ın keçmiş baş dizayneri Coni Ayvın “LoveFrom” firması tərəfindən hazırlanıb. Kitabın çap nüsxələri “Apple” və “Disney” işçilərinə veriləcək, lakin geniş ictimaiyyət üçün satışa çıxarılmayacaq. Kitabı onlayn fotmatda “Apple Books” və “Steve Jobs Arxive”dən əldə etmək mümkün olacaq.
