Türkiyənin Bolu vilayətində balıqçı qayığı göldə batıb. Qayıqda olan iki nəfərdən biri üzərək sahilə çıxa bilib, digər şəxs isə itkin düşüb. Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Bölgəyə gələn xilasetmə qruplarının göl sahilində axtarışları nəticə verməyib. Axtarışlar davam edir.