Ukrayna Nazirlər Kabineti 50 il müddətinə anti-Suriya sanksiyalarının tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib.
Bu barədə cümə günü Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
"Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab - ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr məsələləri bir müddətə bağlanacaq", - nazirliyin mətbuat xidməti bildirib.
Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin aydınlaşdırdığı kimi, Nazirlər Kabineti cümə günü keçirdiyi iclasda “Suriyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflərin Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edilməsi qərarını dəstəkləyib”. Məhdudiyyətlər arasında ticarət əməliyyatlarının məhdudlaşdırılması, Suriyaya investisiya qoyuluşunun qadağan edilməsi, Suriya sakinlərinin Ukrayna ərazisində resursların tranzitinə, uçuşlarına və daşımalarına xitam verilməsi daxildir. Kiyev iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandıracaq, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsini qadağan edəcək, həmçinin Suriya bayrağı altında üzən gəmilərin ölkəyə girişi də qadağan ediləcək.
Sviridenko xatırladıb ki, Kiyev artıq Suriya prezidenti Bəşər Əsəd və digər liderlərə qarşı sanksiyalar tətbiq edib, həmçinin diplomatik əlaqələri kəsib. Bundan əlavə, Ukrayna bağlanmış müqavilələrə xitam verir. Belə ki, cümə günü hökumət Suriya ilə gömrük sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edib. Martın sonunda isə ticarət-iqtisadi və texniki əməkdaşlıq haqqında sazişə xitam verildi.
Ukrayna Suriyaya qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə başlayıb
08
aprel
19:15

Qarabağ
KOMMENTLƏR
Ən çox sanksiyaya məruz qalan ölkənin adı açıqlandı
Suriya, ölkəyə daxil olan insanlar üçün anti-COVID məhdudiyyətlərini aradan qaldırır
Zelenski 606 rusiyalı siyasətçiyə qarşı sanksiya tətbiq etdi
Ukrayna ABŞ-ı Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Suriya Rusiyaya görə Ukrayna ilə əlaqələri kəsdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar