Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Baxmuta gedib. 
Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Məlumata görə, Sırski Baxmut istiqamətində təmas xəttinin ən qaynar hissələrinə baş çəkib. O, müdafiənin gedişi ilə bağlı hərbi hissə və qrup komandirlərinin məruzələrini dinləyib, təxirəsalınmaz həllini tələb edən problemli məsələləri də müzakirə edib.
"Baxmutun müdafiəsi davam edir. Vəziyyət çətin, lakin idarə oluna biləndir", - Sirski bildirib.скачать dle 12.1