ABŞ-ın Riçmond şəhərində (İndiana ştatı) plastik emalı və saxlama zavodunda yanğın olub.
Xarici mətbuat xəbər verir ki, Ueyn dairəsinin Fövqəladə Hallar Agentliyi yanğının baş verdiyi əraziyə yaxın olan evlərdə yaşayan təxminən 2 min sakinin təxliyyəsi barədə göstəriş verib.
Yanğınsöndürənlər zavodun ərazisində yerləşən propan çənlərinin partlama riskinin olduğunu qeyd edirlər.
Ölən və yaralananlar barədə məlumat yoxdur.скачать dle 12.1