Hollivud ulduzu, ABŞ-ın Kaliforniya ştatının keşmiş qubernatoru Arnold Şvartsenegger yollardakı çuxurların təmirinə başlayıb.
Ulduz aktyor əlinə bel, süpürgə alaraq, yaşadığı rayonun ərazisində yollarda təmirə başlayıb.
O bildirib ki, üstünü asfaltla bağladığı çuxur həm nəqliyyat vasitələri, həm də piyadalar üçün təhlükə təşkil edib.
“Bir neçə həftədir bu nəhəng çuxur səbəbilə insanlar əziyyət çəkirdi. Avtomobillər zərər görürdü. Öz komandamla çıxıb yolu təmir etdim. Həmişə deyirəm, deyinməkdənsə, çıxıb iş görək. Hərə gördüyü qüsurları düzəltməyə çalışsa, hər şey düzələr. Boş yerə 3 həftədir bu yolu təmir edilməsini başqalarından gözləyirdim”, - o bildirib.
Xatırladaq ki, 76 yaşlı aktyor Los-Anceles şəhərində yaşayır.
Şvartsenegger əlinə bel, süpürgə alıb yollara düşdü
12
aprel
18:44

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər