Milyardlarla istifadəçisi olan mesajlaşma proqramı “WhatsApp” növbəti yeniliyə imza atmağa hazırlaşır.
“WhatsApp” yaddaşdakı məlumatları itirmək qorxusu yaşayan istifadəçilər üçün yeni funksiyanı işə salır. Belə ki, bu funksiya sayəsində istifadəçilər mesajlarının, həmçinin foto və videolarının ehtiyat nüsxəsini çıxara biləcəklər.
Bu yeni funksiya istifadəçilərin mesajlarının, fotolarının, videolarının, sənədlərinin və bütün digər məlumatların ehtiyat nüsxəsini çıxararaq onların itirilməsi riskini aradan qaldırır. Bu, o deməkdir ki, istifadəçilər məlumatlarını təsadüfən silməkdən və ya telefonlarını dəyişdirərkən bütün məlumatlarını itirməkdən narahat olmaya bilərlər, çünki istənilən vaxt öz məlumatlarını bərpa edə biləcəklər.
“WhatsApp”ın bulud xidməti əsasında həyata keçirilən bu funksiya hər bir istifadəçiyə öz “Google Drive” və ya “Apple iCloud” hesabında ehtiyat nüsxələri çıxarmağa imkan verir.
Həmçinin də istifadəçilərə daha çox yaddaş sahəsi və təhlükəsizlik imkanı verir. Digər tərəfdən məlumatların ehtiyat nüsxələri artıq avtomatik olaraq yüklənir.
Bununla belə, istifadəçilər “WhatsApp” məlumatlarının ehtiyat nüsxəsini çıxarmaq üçün əvvəlcədən “Google Drive” və ya “Apple iCloud” hesabı açmalıdırlar. Bu hesablar olmadan ehtiyat çıxarma funksiyasından istifadə etmək mümkün deyil.
““WhatsApp”ın bu funksiyası bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacaq.
Mənbə: Haber Global
“WhatsApp”dan növbəti yenilik: Artıq heç bir mesaj silinməyəcək
13
aprel
10:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat