Böyük Britaniyada 19 yaşlı Coşua Delbono daha bir yeniyetməni bıçaqla qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Xarici media bildirir ki, onun bu əməli barədə anası hüquq-mühafizə orqanlarına məlumat verib. Anasının sözlərinə görə, oğlu başqa bir yeniyetməni, 16 yaşlı Çarli Beysi bıçaqlayaraq öldürüb. Bundan sonra onun oğlu n polis tərəfindən saxlanılıb. Məlum olub ki, o, ötən yay Radstok şəhərindəki avtodayanacaqda bıçaqla bir neçə dəfə 16 yaşlı Çarliyə ölümcül zərbələr vurub.
Sinəsindən və qolundan yaralanan yeniyetmə 30 dəqiqə sonra ölüb. İstintaq, Delbononun daha sonra yaxınlıqdakı gölə gedib bıçağı ora atdığını və hücum zamanı geyindiyi paltarların bir hissəsini yandırdığını müəyyən edib.
Delbono 16 yaşlı gənci bıçaqladığını etiraf etsə də, qətli inkar edib və dostunu müdafiə etmək üçün hərəkət etdiyini təkid edib. Məhkəmənin qərarı ilə o, ömürlük həbs cəzasına məhkum edilib.
Ana qətl törədən oğlunu polisə verdi - Ömürlük CƏZA
13
aprel
12:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat