"ATƏT-in Minsk Qrupunun işi hazırda dondurulub, lakin müvafiq şəraitdə ondan istifadə etmək olar".
"Hraparak" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ATƏT Minsk Qrupunu dəstəkləyir və təşkilat onun işi ilə bağlı bəzi tərəflərin fərqli fikirləri, eləcə də dəyişmiş geosiyasi şərait, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə işin olmamasından xəbərdardır.
“Minsk qrupunun işi hazırda dondurulub. Amma mən inkar edə bilmərəm ki, Minsk Qrupunun formatı lazımi şəraitdə lazım ola bilər. ATƏT təkcə Minsk Qrupu deyil, təşkilatın ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə biləcək bir çox başqa alətləri və mexanizmləri var”, - deyə Osmani bildirib.
"Minsk Qrupunun işi dondurulub" - ATƏT sədri
13
aprel
12:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat