2023-cü ilin ən yığcam smartfonlarının adı açıqlanıb.
“PC Magazine” portalı xəbər verir ki, siyahıya üç istehsalçının modelləri daxildir: “Apple”, “Samsung” və “Nokia”.
İllər keçdikcə telefonların ölçüləri getdikcə artır və bu zaman onu bir əl ilə istifadə etmək çətinləşir. Bununla belə, 2023-cü ildə hələ də ekranı 6 düymədək olan kiçik telefonlar tapmaq mümkündür. Bu cihazlar cibinizdə çox yer tutmur və gündəlik işlərə uyğundur.
Onların bir neçəsini təqdim edirik:
Ən yaxşı kompakt “iPhone” modeli – “iPhone 13 mini”
Bazarda ən güclü kompakt cihaz demək olar ki, bu telefondur. Əgər siz yığcam ölçüdə yüksək performanslı və əla kameralara malik müasir cihaz axtarırsınızsa, o zaman “iPhone 13 mini” ən yaxşı seçimdir. Standart mini versiyadan yalnız ekran ölçüsü və bir qədər kiçik batareya tutumu ilə fərqlənir.
Ən yaxşı yığcam Android smartfonu – “ Samsung Galaxy S23”
Smartfonun üstünlükləri arasında onun yığcamlığını, yüksək performansını, yaxşı avtonomiyasını, münasib qiymətini qeyd etməliyik. Telefonun çatışmazlıqları isə ondan bahalı “S23+” və “S23 Ultra” ilə müqayisədə UWB dəstəyinin olmaması və enerjinin yavaş doldurulmasıdır.
Ən sərfəli kompakt “iPhone” modeli – “Apple iPhone SE” (2022)
Bu, yeni “iPhone” modelləri arasında ən sərfəlisidir. O, digərləri ilə müqayisədə yüksək performans və daha təkmilləşmişdir. Eyni zamanda, cihaz köhnə dizayna sahibdir və gecə rejimi yoxdur. Batareyanın ömrü yeni “iPhone”larla müqayisədə azdır.
Ən yaxşı qatlanan smartfon – “Galaxy Z Flip 4”
Bu smartfonu alarkən rahat ikinci ekran, fərqli dizayn, yaxşı əlaqə və təkmilləşdirilmiş avtonomiya əldə edəcəksiniz. Bununla belə, cihazın çatışmazlıqları digər premium smartfonlarla müqayisədə oyunlar üçün əlverişli deyil və daha az funksiyaya malik kameraları var.
Ən yaxşı ucuz düyməli və qapaqlı telefon – “Nokia 2780 Flip”
Bu smartfon möhtəşəm rabitə keyfiyyətinə malikdir. O “Wi-Fi” və “FM” radionu dəstəkləyir. Eyni zamanda sərfəli qiymətə malikdir. Bununla belə, batareyanın ömrü orta dərəcədədir. Bəzi əsas proqramları dəstəkləmədiyini və əməliyyat sisteminin o qədər də əlverişli olmadığını unutmayın.
2023-cü ilin ən yığcam telefonları
14
aprel
15:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat