Buna səbəb isə heyvansevər sevgilisinin sahibləndiyi 30 pişikdir:
“30 -dan çox pişiyimiz var, onlardan 14-ü evimizdə yaşayır. Əgər Ömürlə bir evdə yaşayırsansa, bu, o deməkdir ki, sən ikinci sinif varlıqsan. Mən də, heyvansevərəm, amma bəzən ona “artıq bəsdir!” dediyim yerlər də olur. Çox çətinlik çəkirəm, təsəvvür edin ki, bütün ev pişiklərlə doludur və mən əyləşməyə heç bir yer tapmıram. Kresloda əyləşən kimi Ömür məni danlayır. Amma etiraf edim ki, onlar mənim də çox xoşuma gəlir”.


