Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarını təsdiqləyib.
Sənəd vasitəsilə, xüsusilə də ölkənin tanınmış idmançılarına qarşı məhdudiyyətlər qoyulub.
228/2023 saylı fərmana əsasən, idmanla əlaqəsi olan 82 şəxsə qarşı sanksiya tətbiq edilir.
Onların arasında Olimpiya çempionları da var.
Siyahıya, Rusiya futbol yığmasının keçmiş qapıçısı və MOİK klubunun oyunçusu İqor Akinfeyev, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun qızı, Rusiya triatlon federasiyasının prezidenti Kseniya Şoyqu, Belarus Respublikasının idman və turizm naziri Sergey Kovalçuk, fiqurlu konkisürən İlya Averbuxun adı daxil edilib.
Bununla yanaşı, 227/2023 saylı fərmanla 351 fiziki və 241 hüquqi şəxsə qarşı sanksiyalar təsdiq edilib. Fiziki şəxslər arasında elm adamları və sahibkarlar, hüquqi şəxslər arasında isə “Qazpromneft-Digital Solutions”, “RT-Invest Transport Systems”, “İnnotech” Şirkətlər Qrupu, “X-Holding” və “Softline Trade” şirkətləri var.
Mənbə: rbc.ua
Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib
16
aprel
21:57

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək