Amerikalı pop ulduzlar Keti Perri və Layonel Riçi Britaniya kralının tacqoyma mərasimində iştirak edəcəklər. Mərasimdə həmçinin məşhur italiyalı tenor Andrea Boçellinin də çıxışı gözlənilir.
Keti Perri 2020-ci ildə III Karl tərəfindən təşkil edilmiş və Cənubi Asiyada yoxsulluğa qarşı mübarizə üçün nəzərdə tutulmuş British Asian Trust təşkilatının səfiridir.
74 yaşlı monarxın tacqoyma mərasimi mayın 7-də keçiriləcək.