“WhatsApp” messencerinin iOS üçün versiyası öz stikerlərinizi yaratmaq və redaktə etmək imkanını təqdim edən 23.7.82 yeniləməsini əldə edib.
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Qeyd olunub ki, funksiya haqqında ilk dəfə bu ilin fevralında açıqlama verilib. O, “WhatsApp” daxilində stikerlər yaratmağa imkan verir ki, istifadəçilər üçüncü tərəf xidmətlərinin köməyinə müraciət etmək məcburiyyətində qalmasınlar.
Bu, aşağıdakı kimi işləyir:
- Smartfon sahibi istədiyi şəkli seçir və sonra ona redaktə etmək üçün bir sıra funksiyalar təklif olunur. Bundan sonra messencer avtomatik olaraq şəkli istifadəçinin kolleksiyasına əlavə edilə bilən stikerə çevirir.
Məlumdur ki, funksiya iOS 16 əməliyyat sistemində işləyir, lakin messencerin tərtibatçıları onu köhnə əməliyyat sistemli smartfon sahiblərinin istifadəsinə verməyi planlaşdırmırlar.
“WhatsApp”da yeni funksiya!
19
aprel
15:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat