Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının (birpalatalı parlament) deputatları çərşənbə günü hazırkı dövlət başçısı Migel Diaz-Kanel Bermudesi 2028-ci ilə qədər respublikanın prezidenti seçiblər.
Parlamentin iclası Kubanın dövlət televiziyası ilə yayımlanıb .
İclasda iştirak edən 462 deputatdan 459-u Diaz-Kanelin namizədliyinin lehinə səs verib. Hazırkı vitse-prezident Salvador Valdez Mesa yenidən Kubanın vitse-prezidenti seçilibскачать dle 12.1