Xarici medianın məlumatına görə, Twitter hesabında Microsoft-a qarşı ittihamlar səsləndirən İlon Mask, “Twitter məlumatlarından qeyri-qanuni istifadə etdilər. Artıq məhkəmə vaxtıdır” deyub. Lakin Mask iddiası ilə bağlı heç bir sübut təqdim etməyib.
Maskın ittihamından əvvəl Microsoft Twitter-i korporativ reklam platformasından çıxarmaq planını açıqlamışdı. Bu addım baş verərsə, reklam alan insanlar Microsoft-un sosial idarəetmə cihazı vasitəsilə Twitter-ə daxil ola bilməyəcəklər.
