Britaniya Xarici İşlər Nazirliyinin Gizli Kəşfiyyat Xidmətinin (MI6) casusu cihad düşərgəsindəki missiyadan qayıtdıqdan sonra oğlunu bıçaqlayaraq öldürüb.
O, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən dağlıq bölgə Vəziristana göndərilib. Casusun vəzifəsi “Taliban” düşərgəsi və “Əl-Qaidə” terror qruplaşmasının yaraqlıları olan kəndə sızmaq olub.
Qeyd olunur ki, düşərgədə olduğu müddətdə o, talibançıların parçalanmış cəsədlərini yuyub basdırmağa məcbur qalıb, ABŞ-nin xeyrinə casusluqda ittiham olunan bütöv bir ailənin başının kəsilməsinin şahidi olub. Həmçinin, onu həmin ailənin azyaşlı övladının kəsilmiş başını əlində saxlamağa məcbur ediblər.
Böyük Britaniyaya qayıtdıqdan sonra casus həddindən artıq stress vəziyyəti yaşayıb, çətinliklə danışıb, heç bir səbəb olmadan qəzəblənib və xatirələrindən əziyyət çəkib.
Bir müddət sonra o, öz oğlunu öldürüb. Uşağının bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb.
Eyni zamanda, kəşfiyyat orqanının missiyaya göndərilməsindən əvvəl tərtib edilmiş hesabatında casusun yüksək emosional qeyri-sabitliyindən, ağır şok və psixoloji travma riskinə məruz qalmasından bəhs edilir. MI6 onun uşaq ikən cinsi istismara məruz qaldığını və cinayət keçmişinin olduğunu, gənc yaşlarında əsəb böhranı keçirdiyini bildirib. Kişinin həyat yoldaşı Mİ5 təhlükəsizlik xidmətində işləyərkən bir müddət məişət zorakılığı qurbanları üçün yataqxanada yaşayıb.
Bu məlumatlardan belə çıxır ki, Mİ6 casusun bu tapşırıq üçün uyğun olmadığını və başqaları üçün potensial təhlükəli olduğunu bilib.
Uşağın qətlindən sonra həmin şəxs həbs edilib və hazırda mühafizə olunan psixiatriya müəssisəsindədir.
Casusun vəkili bildirib ki, onun müttəhimi inanılmaz dərəcədə həssasdır. Onun sözlərinə görə, casus öz tapşırığını yerinə yetirib və artıq işəgötürənlərini maraqlandırmır, ondan istifadə olunub.
Mənbə: vz.ru
Tapşırıqdan qayıdan ingilis casus övladını öldürdü
24
aprel
20:28

Qarabağ
KOMMENTLƏR
Oğluna yemək saxlamayan ata onu öldürdü
ABŞ və Avropa Rusiyanın casus şəbəkələrinin məhv edilməsinə başladılar
RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin: “ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”
Pakistanın bir neçə əsgəri Əfqanıstanla sərhəddə terrorçularla döyüşdə həlak olub
Pakistan Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi