Almaniyada, Bottrop şəhərində konsert verən türkiyəli pop diva Bülent Ersoy sevənlərindən halallıq istəyib.
Konsert böyük ajiotajla keçib, tamaşaçılar bir neçə saat öncədən konsert salonunu doldurub.
İzləyicilərini bir xeyli gözlətdikdən sonra səhnəyə çıxan Bülent Ersoy “ bəlkə bir daha buralara gələ bilmədim. Haqqınızı mənə halla edin”, - deyib.
 Pop divanın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Ölümü  ürəyinə damıb?”, “İnşallah, xəstələnməyib” şəklində şərhlər yazan sevənləri narahatlıqlarını bildiriblər.

 
скачать dle 12.1