Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalarda həlak olan mülki şəxslərin sayı 459-a çatıb, 4075 nəfər yaralanıb. 
Bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bildirib.
"Toqquşmalarda 459 ölü, 4075 yaralı var və real rəqəmlər daha çoxdur", - deyə məlumatda qeyd olunub. 
Qeyd edək ki, Sudanda ordu ilə çevik qüvvələr arasında qarşıdurma ikinci həftədir ki, davam edir.
скачать dle 12.1