Bu barədə Kişineu Beynəlxalq Hava Limanının saytında məlumat verilib.

Şirkət bunun səbəbi barədə açıqlama verməyib. Amma ötən ilin noyabrında Moldovanın Mülki Aviasiya İdarəsi bildirib ki, “Air Moldova” qeyri-sabit maliyyə vəziyyətindədir, bu da onun satılan biletlər üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola bilər.
Qeyd edək ki, mart ayından etibarən aviadaşıyıcı Kişineudan, o cümlədən Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi və digər şəhərlərə 30-dan çox reysi ləğv edib.
Sonuncu dəfə aprelin 21-dən 25-dək planlaşdırılan bütün uçuşlar ləğv edilmişdi.
Mənbə: TASS