Qızardılmış qidalar psixi sağlamlıq üçün zərərlidir.
“Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmaya görə, 11 il ərzində qızardılmış qida qəbul edən 140 mindən çox insanda yemək istehlakı ilə narahatlıq pozğunluğu və depressiya arasında əlaqə olduğunu ortaya çıxarıb.
Böyük Britaniyada 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank-dan əldə edilən məlumatlar Çinin Hangzhou şəhərində bir qrup elm adamı tərəfindən təhlil edilib.
Araşdırmalar göstərib ki, kartof qızartması yemək narahatlıq pozğunluğu riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırır.
Tədqiqatçılar əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə bağlı ola biləcəyi tezisini irəli sürüblər.
Bununla belə, tədqiqatçılar tədqiqatın nəticələrinin ilkin olduğunu və kartof qızartması yeməyi dayandırmaq üçün məsləhət verməyə ehtiyac olmadığını vurğulayıblar.
Kartof qızartması depressiyaya səbəb ola bilər
27
aprel
11:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat