Hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesdən ayrılmaq istəməsi ilə bağlı yeni məlumatlar yayılıb. Xarici KİV xəbər verir ki, Portuqaliyanın CMTV kanalının xəbərinə görə, Kriştiano Corcinadan ayrılmağa yaxındır. Telekanal bildirir ki, Ronaldo Corcinanın çox pul xərclədiyini düşünür. "Corcina gününü ticarət mərkəzlərində keçirir. Bu da Ronaldonu əsəbiləşdirir. "O, ancaq xərcləyir, xərcləyir və xərcləyir. Başqa heç nə etmir”, – deyə telekanal Ronaldonun özəl çevrədə səsləndirdiyi iddia olunan fikri yayıb. 
Xatırladaq ki, Kristiano ilə Corcina uzun illərdir münasibətdə olsalar da, rəsmi nikahda deyillər. Cütlüyün birgə uşaqları da var. скачать dle 12.1