Xarici mətbuat xəbər verir ki, heykəli hazırlamaq üçün xüsusi aşpazlar və heykəltəraşlar çalışıb. Onun hazırlanmasına 23 kq şokolad sərf olunub. Heykəl 4 həftə ərzində 130 saata hazırlanıb.
Qeyd edək ki, kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan Kral Çarlzın tacqoyma mərasimi mayın 6-da, şənbə günü Vestminster sarayında keçiriləcək.



