ABŞ-da alimlər xüsusi genetik xəstəliyə malik 34 həftəlik körpənin insultla doğulma riskinin qarşısını almaq üçün ana bətnində olarkən beyin əməliyyatı keçiriblər.
Xarici KİV xəbər verir ki, ABŞ-da hamilə qadının 30 həftəlik körpəsində "Galen damarının qüsuru" adlı genetik xəstəlik olduğu müəyyən edilib.
Hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur. Bu beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdarkən baş verir. Beləliklə, ürək qanla dolur və təhlükəli dərəcədə yüksək qan təzyiqi yaradır. Eyni zamanda, onların 11 yaşından əvvəl ölüm riski 30 faizdir.
Boston Uşaq Xəstəxanası və Massaçusets Xəstəxanasından 10 nəfərlik həkim qrupu bu körpəni ana bətnində əməliyyat etmək qərarına gəlib. Hamiləliyin 34-cü həftəsində əməliyyat olunub. Körpənin ana bətnində olan beynində bu xəstəliklə bağlı ilk əməliyyat kimi ədəbiyyata daxil olan cərrahi prosedur müvəffəqiyyətlə nəticələnib.
Əməliyyatdan iki gün sonra körpə heç bir problem olmadan dünyaya gəlib. 1,9 kiloqram doğulan körpə xəstəxanada müşahidə altında saxlanılıb. Doğulduqdan sonra körpənin beynində qan axınında anormallıq müşahidə olunmayıb. Altı həftəlik körpənin səhhətinin yaxşılaşdığı, kökəldiyi, iştahının yaxşı olduğu açıqlanıb.
DÜNYADA BİR İLK: Ana bətnində beyin əməliyyatı
05
may
11:46

Qarabağ
KOMMENTLƏR
Yüksək qan təzyiqinin gizli əlamətləri nələrdir?
Şiddətli qarın sancısı ilə xəstəxanaya gedən qadın vəfat etdi - ƏSL SƏBƏB BƏLLİ OLDU
Arıqlama əməliyyatı ÖLÜM RİSKİNİ AZALDIR - SƏBƏB
Xəstəxanaya yerləşdirilən 11 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB
İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat