“Ömrün bir anı” rubrikasında tanınmış şəxslər barədə maraqlı söhbətlərə davam edir. Bu dəfə əslən Meksikadan olan Salma Hayekin ərini robota qısqanmasından danışacağıq.
Hollivudun ən parlaq ulduzlarından olan Salma Hayek qatıldığı televiziya proqramlarından birində əri fransalı biznesmen Fransua-Anri Pinonu qısqanması barədə çox məzəli bir hadisə danışıb.
Proqrama qonaq kimi qatılan digər iştirakçılar və tamaşaçılar Salmanın danışdığı əhvalatı qəhqəhə içində dinləyiblər.
“Biz şam süfrəsinə oturmazdan öncə ərimin telefonuna mesaj gəldi. Mesajı açdım. Orda yazılırdı: “Salam. Mən Elinayam. Mənimlə birlikdə ingilis dilini təkmilləşdirmək istəyərsənmi?”
Çox əsəbiləşdim. Meksikalı olduğumdan o ərimi ingilis dili ilə tovlamağa çalışırdı? Lakin özümü toplamağa çalışdım. Fransua ilə masaya oturduq. Öncə heç nə üzə vurmurdum. Lakin səbrim çatmadı. Gözlənilmədən qışqırdım. De görüm, Elina kimdir? Fransua təəccüblənib, belə bir qadın tanımadığını dedi. Lakin sakitləşmirdim. Bağıra-bağıra “Sən narahat olma, mənim ingilis dilim gözəldir, özüm səninlə məşğul olaram” deyirdim”, - aktrisa bildirib.
Aktrisanın əri söhbətin nədən getdiyini anlamadığı üçün ailə qalmaqalı uzanıb. Fransua, sonradan telefondakı mesaja baxanda qəhqəhə çəkib.
“Salma, əzizim, bu Elina ingilis dilini öyrədən mobil tətbiqdir, qadın deyil”, deyib. Salma özü də məsələnin nə yerdə olduğunu anlayanda qəhqəhə çəkib və qalmaqal başa çatıb.
Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi
06
may
14:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda Anım Günüdür
- İraqda toyda yanğın: 120 ÖLÜ
- Şəkidə DƏHŞƏT: Oğul ana və atasını bıçaqladı
- Bayden tətil edən işçilərə baş çəkdi: ABŞ tarixində ilk
- Lənkəranda qaz olmayacaq
- Finlandiya Rusiya konsulluğunu bağlayır
- Həkimdən Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA: Koma səbəbi…
- Qarabağı tərk edən erməni Bakıda bu məşhur yüksək vəzifəli şəxsin dostu imiş - FOTO
- Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanında
- Burda vətəndaşı rəsmən ələ salırlar... - GİLEY
- "Bazarstore"dən şokolad oğurlayan şəxs nəzarətçini bıçaqladı
- Super Kubok bu ölkədə keçiriləcək
- Şəhid xəbəri yayılmış zabitimiz 3 gün sonra sağ tapıldı
- Sumqayıtda 12 yaşlı oğlan itkin düşdü
- Nərimanov adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?
- Bakıdan Qarabağ erməniləri üçün 20 ton humatinar yardım yola salındı
- "Mirzoyanın yerində olsaydım, BMT-dən qayıdıb ərizəmi yazardım"
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- Prezident Roland Praysı qəbul etdi
- “Qarabağ erməniləri artıq rahat nəfəs alırlar” – Elman Nəsirov
- Marian çökəkliyində virus aşkarlandı
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- "Binə" və "Sədərək" ticarət mərkəzlərini su basdı
- Bakıda sıxlıq olan yollar - SİYAHI
- Bu gün Arzular günüdür - Nəyi, necə arzulamalı?
- Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ
- Ata və oğulun avtomobillərinin toqquşduğu qəza ilə bağlı DYP-dən AÇIQLAMA
- Orqanizm üçün ən zərərli salat
- Bakıda məktəbin kompüterləri oğurlandı
- Prezidentdən Vaqif Mustafayevlə bağlı SƏRƏNCAM
- İlham Əliyev bu dövlət proqramını təsdiqlədi
- Qız üstündə DAVA: Ölənlər var