Telefonla danışmağın daha bir mənfi cəhəti ortaya çıxıb.
“Daily Mail” xəbər verir ki, həftədə cəmi 30 dəqiqə telefonla danışmağın belə yüksək təzyiq riskini artırdığı açıqlanıb.
Məlumata görə, 30 dəqiqədən çox telefon danışıqları aparmamaq gərəklidir.
Bir qrup mütəxəssis mobil telefon ilə danışmağın yüksək qan təzyiqi arasında əlaqə olub-olmadığını araşdırıb. Tədqiqat çərçivəsində İngiltərədə təxminən 200.000 yetkin insan 12 il ərzində izlənilib.
Məlum olub ki, telefonla daha az danışanlarda çox danışanlara nisbətən qan təzyiqi riski 12 faizə qədər azdır.
Ən riskli qrup isə gündə 1 saat danışanlardır. Bu kimi adamlarda zamanla ciddi problemlər yarana bilər.
Həmçinin məlum olub ki, həftədə 6 saatdan çox telefonla danışanların yüksək təzyiqə tutulma ehtimalı 5 dəqiqədən az danışanlara nisbətən 25 faiz çoxdur.
Tədqiqatçılar qeyd ediblər ki, mobil telefondan istifadə ilə yüksək qan təzyiqi arasında əlaqə qurğuların yaydığı radiotezlik enerjisinin aşağı səviyyədə olması ilə bağlıdır.
Mütəxəssislər ürək sağlamlığı baxımından da telefon danışıqlarının azaldılmasının vacib olduğu barədə xəbərdarlıq ediblər.
Telefonla danışmaq təzyiqi artırır
10
may
13:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat