Türkiyədə yerüstü mədən çöküb. 
Türkiyə KİV xəbər verir ki, Manisanın Soma rayonundakı mədəndə qəfildən torpaq çökməsi baş verib. Fəlakət nəticəsində 5 işçi xəsarət alıb. 
Hadisə ötən gün axşam 21 radələrində meydana gəlib. Ərazidə xeyli sayda axtarış-xilasetmə işləri aparılıb. 
Yaralılar torpaq altından çıxarılaraq yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir. 


скачать dle 12.1