O, qatıldığı televiziya proqramlarından birində uşaqlıq illəri ilə bağlı kədərli xatirələrini bölüşərək, güclü qadın olmasını yaşadığı çətinliklərə borclu olduğunu deyib.
90-cı illərdə musiqiçi karyerasına başlayan Gülben Ergen deyib: “20 il uğursuz, dəhşətli bir ailə həyatı sürmüş qadının qızıydım. O maddi imkanları olmadığına görə atamdan boşana bilmirdi. Mənim bütün uşaqlıq illərim bunu düşünərək keçdi və mən güclü qadın olacağıma söz verdim”.
Atlas, Güney və Ares adlı 3 oğul anası olan 50 yaşlı müğənni bildirib ki, günlərin birində atası başqa qadına aşiq olanda, boşanma qərarı alıb və ailə parçalanıb. O anası ilə, qardaşı atası ilə qalmalı olub. Atası yenidən evlənib.
“Bu müddətdə çox ağladım, hətta psixoloji müalicə də aldım. Mənim üçün çox ağır günlər oldu”, - müğənni bildirib.
