Rusiya Federasiyasının İstintaq Komitəsi tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin daha əvvəl Rusiya prezidenti Vladimir barəsində həbs qərarı çıxarmış hakimlərini axtarışa verəcək.
Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib.
"İstintaq Komitəsi bu qərarın qəbuluna fəal təsir göstərən sədr və üç hakimə (Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri - red.) qarşı cinayət işi açıb", - Bastrıkin bildirib.
O, əlavə edib ki, hakimlər tezliklə axtarışa veriləcək.
Bastrikin həmçinin BCM və Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) əvəz etmək üçün Asiya dövlətləri ilə daha yüksək məhkəmə yaradılmasını təklif edib. Onun sözlərinə görə, “qanunla, qaydalara uyğun və ədalətlə əla olacaq”.
Haaqadakı BCM-nin Məhkəməyə qədərki Palatası martın 17-də məhkəmə tərəfindən uşaqların Ukraynadan deportasiya edilməsində ittiham olunan Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Martın 20-də Rusiya Federasiyasının İstintaq Komitəsi BCM-nin hakimləri Tomoko Akane, Rosario Aytala və Serxio Qodinez və prokuror Kərim Xana qarşı cinayət işi açıb.
Putinin həbsinə order verən hakimlər axtarışa veriləcək
11
may
15:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat