Ukrayna Müdafiə nazirinin müavini Qanna Malyar ölkəsinin Baxmut şəhərindəki vəziyyətə aydınlıq gətirib.
“Report” xəbər verir ki, bu barədə müdafiə qurumunun rəsmisi teleqramda yazıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda əks-hücum əməliyyatına başladığı və bir neçə kilometr əraziyə nəzarəti bərpa etdiyi Baxmut şəhərinin ətraf ərazilərində Ukrayna qoşunları irəliləyişləri davam etdirir.
Malyar teleqram kanalında yazıb ki, “Baxmut istiqamətində durum dinamik inkişaf edir”:
“Qoşunlarımız Baxmut ətrafında tədricən iki istiqamətdə irəliləyir. İndi konkret rəqəmlər olmayacaq, çünki aktiv döyüşlər gedir. Bizimkilər düşməni məhv edir və artıq xeyli sayda əsgəri əsir götürüb”.
O, əlavə edib ki, Baxmutun özündə “vəziyyət daha mürəkkəbdir”, lakin “düşmən şəhərə nəzarəti ələ ala bilmir”.
Ukrayna Müdafiə nazirinin müavini: “Qoşunlarımız tədricən irəliləyir”
14
may
20:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat