Amerikanın “Apple” şirkəti süni intellekt sahəsində layihələr yarışında məğlubiyyətlə təhdid olunur. Çünki "Siri" səs köməkçisinin hazırkı inkişafı çox arzuolunmazdır.
Xarici KİV xəbər verir ki, bu barədə "Apple”ın keçmiş baş marketinq meneceri Maykl Qartenberq bildirib.
“Söhbət süni intellektə, xüsusən də "Siri"yə gəldikdə, "Apple" liderlikdən geridə qalıb. "Google" və "Microsoft" ağılları uçuran nailiyyətlər nümayiş etdirirlər. "Apple"ın bu sahədəki səyləri nisbətən zəif olub”, - deyə o qeyd edib.
"Siri" dünyaya 2011-ci ildə, 12 il əvvəl təqdim edilib və o zaman bu hadisə süni intellekt sahəsində bir irəliləyiş hesab edildi. Bununla belə, "Siri" öz potensialına çata bilmədi. "Google" və "OpenAI"nin süni intellekt səyləri onu xeyli geridə qoydu.
Ekspertin sözlərinə görə, "Siri" qeyri-standart istifadəçi suallarının öhdəsindən gəlmir və hələ də üçüncü tərəf proqramları ilə zəif inteqrasiyaya malikdir. "Siri yalnız Apple ekosistemi daxilində tapşırıqları yerinə yetirə bilər. "Google Assistant" və "ChatGPT" isə geniş proqramlar ilə inteqrasiyaya malikdir" Gartenberg deyib.
O, süni intellekt layihələrinin yaxın illərdə inkişaf etmədiyi təqdirdə şirkəti məyusedici aqibət gözlədiyini xəbərdar edib və bunu dəyişdirə biləcək üç addım təklif irəli sürüb:
“Apple görüş təyin etmək, yemək sifariş etmək kimi daha mürəkkəb tapşırıqlar üçün "Siri" imkanlarının yaradılmasına sərmayə qoymalıdır. İstifadəçilərin səs köməkçisi ilə qarşılıqlı əlaqəsini asanlaşdırmaq üçün "Siri"nin dil tanıma imkanlarını təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Ən əsası isə, Apple Siri platformasını onun daha geniş və daha aktiv istifadəsini stimullaşdırmaq üçün açıq etməlidir”.
"Apple" süni intellekt yarışında məğlub olacağını AÇIQLADI
16
may
11:16

Qarabağ
KOMMENTLƏR
Çindən ChatGPT-yə rəqib: Özünün süni intellekt modelini yaratdı
İlon Mask süni intellekt şirkəti yaratdı
Süni intellekt sonumuz, yoxsa gələcəyimizdir?
Yüzlərlə alim süni intellektin dayandırılması üçün imza topladı: “Hökumətlər işə qarışmalıdırlar!”
"Azərbaycanda süni intellekt üzrə yol xəritəsi tərtib edilib" - Nazir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat