Türkiyənın Şırnak bölgəsinə terrorçularla atışmada şəhid olanların sayı artıb.
Ağır yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, bölgədə 3 terrorçu zərərsizləşdirilib. Silahlı qarşıdurmada 3 əsgər həlak olub.
***13:47
Türkiyə SQ-nin 2 hərbi qulluqçusu terrorçularla mübarizə zamanı şəhid olub.
Türkiyə mətbuatı bildirir ki, onlar Şırnak rayonunun Bestler Derelər adlı bölgəsində həlak olub. 
Məlumata görə, Türk Ordusunun dünəndən bəri əməliyyat keçirdiyi bölgədə quru axtarışları zamanı mağarada qalan bir qrup terrorçu ilə atışma baş verib. 
Silahlı qarşıdurma nəticəsində daha iki terrorçu zərərsizləşdirilib. 
Əməliyyatda 1 mühafizəçi və 1 jandarma əməkdaşı ağır yaralanıb.скачать dle 12.1