Türkiyədə müdir işçisini başından silahla vuraraq qətlə yetirib.
Haberler.com xəbər verir ki, hadisə Muğlanın Bodrum şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakinləri yol kənarında başından vurulmuş meyit aşkarlayıblar. Qısa zamanda əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Tibbi eskpertizaya göndərilən meyitin Mehmet Gülsüm adlı şəxsə məxsus olduğu bildirilib.
Polis qətldə şübhəli bilinən 3 nəfəri saxlayıb. Məlum olub ki, gənc oğlan müdiri tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən M.İ. ilkin ifadəsində Gülsümə təsadüfən atəş açdığını deyib:
"İşçilərimlə birlikdə əyləncə mərkəzlərinin birinə getmişdik. Spirtli içki qəbul etdikdən sonra həmin yerdə bir qrupla mübahisə etdik. Məkandan çıxandan sonra havaya atəş açmaq istədim. Sahilə enərkən silahımdan təsadüfən atəş açıldı və Mehmetin başına dəydi. Qorxdum və hadisə yerindən qaçdım".
Şübhəli cinayət silahı ilə birlikdə Bodrumda gizləndiyi evdə saxlanılıb.
Bildirilir ki, Mehmet Gülsüm M.İ-nin hotelində işləyirmiş.
Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ
16
may
16:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat