"Google" uzun müddət istifadə olunmayan hesabları siləcək.
Bu barədə “Reuters“ məlumat yayıb.
Şirkət məlumat təhlükəsizliyi və haker hücumlarının qarşısını almaq üçün belə bir addım atdıqlarını izah edib.
Amerikanın “Google” korporasiyası dekabr ayından iki ildir istifadə olunmayan hesabları silməyə başlayacaq.
Əgər “Google” hesabı iki və ya daha çox il ərzində istifadə olunmayıbsa və ona giriş yoxdursa, o, “Google Workspace”də əlaqəli məlumatlar ilə birlikdə silinə bilər. Bu o deməkdir ki, yeni siyasət “Gmail”, “Sənəd”, “Disk”, “Randevular” və “Təqvim”, həmçinin “YouTube” və “Google Foto”dakı hesablara və dataya təsir edəcək.
"Bundan sonra silinmə riski ilə üzləşən qeyri-aktiv hesablar “Google”dan hesabın əsas və ehtiyat e-poçt ünvanlarına xəbərdarlıq mesajları alacaq", - şirkət xəbərdarlıq edib.
Eyni zamanda, dəyişikliklər yalnız şəxsi “Google” hesablarına şamil edilir. Şirkətlər və ya universitetlər kimi təşkilatların hesablarına deyil.
"Google" istifadə olunmayan hesabları silinəcək
17
may
16:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat