2030-cu ilə qədər dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər.
Bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.
Bildirilir ki, amerikalı alimlər 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Məlumat Mübadiləsi məlumatlarını təhlil ediblər. Dünya əhalisi artdıqca insultdan ölənlərin qlobal sayı 1990-cı ildəki 2,04 milyondan 2019-cu ildə 3,29 milyona yüksəlib.
Şanxaydakı Tongji Universitetindən tədqiqatın müəlliflərindən biri Lise Xiong bildirib ki, dünya miqyasında insultun ümumi artımının əsasən əhalinin qocalması ilə əlaqəlidir.
Alimlər yeddi əsas risk faktorunu müəyyən ediblər: siqaret çəkmək, yüksək natriumlu pəhriz, yüksək qan təzyiqi, yüksək xolesterol, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və yüksək bədən kütləsi indeksi.
Tədqiqatçılar daha sonra 2020-2030-cu illərdə ölümlərin sayını proqnozlaşdırmaq üçün ekstrapolyasiya ediblər. İnsultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır. Bu qiymətləndirmə həkimlərin və hökumətlərin risk faktorlarının təsirini azaltmaq səylərinə əsaslanır. Bu səylər hesablamalara daxil edilməsə, ölənlərin sayı ildə 6,4 milyon nəfərə yüksələ bilər.
5 milyon insan insultdan ölə bilər
18
may
19:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat