20 nəfərlik Ukrayna təxribat-kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayəti ərazisinə soxulmağa cəhd edib.
Bu barədə Rusiyanın "Shot Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya sərhədçiləri   kəşfiyyat qrupuna atəş açıb, hücum edənlər geri çəkilməli olub.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Kupyansk istiqamətində altı Ukrayna təxribat-kəşfiyyat qrupunun fəaliyyətini dayandırdığını açıqlamışdı. скачать dle 12.1