Moskva şəhərində quş qripinin yayılmasına görə karantin elan edilib.
Bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.
Bu barədə şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb. Bildirilir ki, paytaxt şəhərdə kənd təsərrüfatı yarmarkalarının, sərgilərin və digər tədbirlərin keçirilməsi qadağan edilib.