Kolumbiyanın cənubunda təyyarə qəzasından sonra iki həftə cəngəllikdə iki qalan 4 uşaq tapılıb.
Xarici media xəbərinə görə, mayın 1-də Araraquaradan San Xose del Quaviareyə uçan Cessna 206 təyyarəsində mühərrik nasazlığı yaranıb və qəzaya uğrayıb. Pilot da daxil olmaqla 3 nəfər ölüb, 13, 9 və 4 yaşlı uşaqlar, həmçinin 11 aylıq körpə isə xilas olub.
İlkin məlumata görə, onlar kömək axtarmaq üçün tropik meşəyə gediblər. Sonra axtarış itləri uşaqların yediyi meyvələri və müvəqqəti bitki sığınacaqlarını tapıblar.
Qeyd olunur ki, sağ qalanlar hərbçilər, xilasedicilər və Kaqueta əyalətindəki mülki aviasiya departamentinin nümayəndələri tərəfindən axtarılıb.
Kolumbiya prezidenti Qustavo Petr "Twitter" səhifəsində yazıb: "Çətin axtarışlardan sonra Quaviarada təyyarə qəzası nəticəsində itkin düşən 4 uşağı sağ-salamat tapdıq. Ölkə üçün sevinc".
Bir qrup uşaq təyyarə qəzasından sonra 2 həftə CƏNGƏLLİKDƏ QALDI
19
may
11:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat