Luqansk vilayətinin Rubijni şəhərinin meri rusların tərəfinə keçərək şəhərə rəhbərlik edib.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra şəhərin keçmiş meri könüllü olaraq düşmənlə əməkdaşlığa başlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, o, 2022-ci ilin martında Rusiyanın işğalı altında olan “LXR-nin Rubijne şəhərinin administrasiyasının rəhbəri” olmaq təklifinə razılaşıb. Həmin şəxs Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı hücumunu açıq şəkildə inkar edib və ukraynalıları ruslarla əməkdaşlığa çağırıb.
Saxlanılan mer Ukraynada 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ukraynada şəhər meri Rusiyaya işləyirmiş
19
may
17:52

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər