“Oğlum Aşot Paşinyanın şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib".
Erməni mətbuatı xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hadisə baş verən zaman o, ölkədə olmayıb və gələn kimi artıq hüquqi prosedurlara başlanılıb:
“Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”? Ermənistan Respublikasında hamı məsələni qanuni yolla həll etməlidir".
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti mayın 17-də “Oğulların çağırışı” qeyri-hökumət təşkilatının üzvlərinin baş nazirin oğlunu qaçırmağa cəhd etməsi barədə məlumat yayıb.
Paşinyan oğlunun oğurlanması cəhdindən DANIŞDI
22
may
13:18

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər