Hindistanda gəlin toydan qaçan bəyi ən azı 20 kilometrlik təqibdən sonra yaxalayaraq nikah masasına əyləşdirib.
Hadisə Uttar Pradeş əyalətinin Bareilly şəhərində baş verib.
Belə ki, cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib. Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb. Toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən “anamı toya gətirirəm” cavabını alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.
Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly kənarında avtobusda tapıb. Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.
Bu əsnada iki ailə və ətrafdakılar gəlini "evliliyini qoruyan cəsarətinə" görə təbrik edib.
Gəlin toydan qaçan bəyi tutub, nikah masasına əyləşdirdi
24
may
13:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat