Diyetoloqlar pəhriz zamanı istifadə olunan kartofun miqdarına diqqət etməyi tövsiyə edir.
Xarici mətbuat xəbər verir ki, çox kartof yemək sağlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə şəkərli diabet xəstələri kartof istehlak edilməsi zamanı ehtiyatlı olmalıdır. Çünki bu zaman həmin xəstələrin qanda şəkər səviyyəsinin artması halı baş verir.
Mütəxəssislər kartofun orta dərəcədə yeyilməsini tövsiyə edir. Çünki bu yüksək kalorili qidadır və onun gündəlik istehlakı böyük miqdarda piylənməyə gətirib çıxarır.
“Hər gün çox miqdarda kartof yeyən insanlarda piylənmə baş verə bilər. Bu xüsusilə qadınlar üçün daha təsirlidir. Maksimum kartof istehlakı 420 qram olmalıdır. Bu da təxminən 7 balaca kartofa bərabərdir. Ancaq istehlakın yarısını yeyib, pəhrizə ət, balıq, tərəvəz və s. kimi digər qidalarla əlavə etmək daha məsləhətlidir”, - deyə ekspert bildirib.
Kartof populyar, sərfəli və dadlı tərəvəz olsa da, bütün növləri yemək təhlükəlidir. Yemək üçün yararsız olan kartoflardan biri yaşımtıl rəngli olanlardır. Bu onu deməyə əsas verir ki, kartof düzgün saxlanmayıb və tərkibində sağlamlıq üçün zəhərli maddə olan solanin var. Belə kartof çox miqdarda istehlak edilərsə, bu, mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər.
Maksimum neçə kartof yeyilməlidir? - Bu növü ziyanlıdır
24
may
18:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat