“Nikol Paşinyan Ermənistan qanunlarını pozaraq baş nazir təyin edilib”.
Azvision.az -ın məlumatına görə, bu barədə erməni din xadimi, Moskvadakı Vysoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyan bildirib. O deyib ki, Paşinyan psixi qüsurludur və Ermənistan qanunlarını pozaraq hakimiyyətə gəlib.
Mkrtçyan baş nazirin müstəqil tibbi ekspertizadan keçməsini tələb edir.
“Paşinyan xəstədir, müalicə olunmalıdır. Onu hakimiyyətə gətirənlər bu barədə çox gözəl bilirdilər. İndi bunu biz də bilirik. Və bu, zarafat deyil. Onun ciddi psixi problemləri var. Bu cür çatışmazlıqları olan şəxs heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz. Təəssüf ki, İrəvanda hələ də bəziləri Nikolla nəisə əldə edəcəyimizə inanırlar. Həmin insanların Nikol olmadan daha çox şey əldə edəcəyimizi, eyni zamanda daha az qurban verəcəyimizi başa düşmələri üçün zamana ehtiyacları var. Nikol gəzən fəlakətdir. Bugünkü dərdlərimizin günahkarı odur. Ancaq insanlar bu həqiqəti anlamaq və həzm etmək üçün zamana ehtiyac duyur. Onların ucbatından əziyyət çəkən insanlara təzyiq göstərmək lazım deyil. Nikola və Annaya sərt şəkildə təzyiq göstərmək lazımdır ki, xalqın onları istəmədiyini başa düşsünlər. Onlar getməlidirlər”, - deyə erməni din xadimi Ermənistan rəhbərliyinə etirazını bildirib.
Erməni keşişdən etiraz: - “Paşinyan ruhi xəstədir”
05
noyabr
12:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat